Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis
"Veysəloğlu" MMC” “Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Müəssisə tərəfindən təqdim edilən hesabatların etibarlılığını və dəqiqliyini yoxlayıb, əminliyini əldə etmək
- Maliyyə uçotunun Müəssisə tərəfindən düzgün təşkil edilməsinə, maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsinə həm nəzarət etmək, həm də lazımi dəstəyi göstərmək
- Maliyyə nəzarəti prosesini periodik olaraq həyata keçirmək
- Maliyyə nəzarəti üzrə analitik təhlillərin aparılması və hesabatların hazırlanmasında optimal həll yollarının araşdırılması proseslərini həyata keçirmək
- Müəssisənin illik Maliyyə hesabatlarının xarici audit prosesinə lazımi dəstəyi göstərmək
- Daxili Audit komandasının maliyyə uçotu, maliyyə hesabatlılığı və maliyyə nəzarəti ilə əlaqədar aşkarladığı çatışmazlıqların müəssisə tərəfindən vaxtında aradan qaldırılmasına və gələcəkdə aşkarlana biləcək çatışmazlıqların vaxtında həllini tapmasına nəzarəti təmin etmək
- Xarici və yerli banklara periodik olaraq hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatlar təqdim etmək
Tələblər:
- Mühasibat, Maliyyə, Biznes İdarəçiliyi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
- 3+ illik daxili/xarici audit, gəlir zəmanəti, maliyyə analizi və ya istehsalat müəsisəsındə təcrübə.
- Gəlir tanınma prinsiplərini (məsələn, IFRS, GAAP) və daxili nəzarət çərçivələrini güclü başa düşmək.
- ACCA F2,F3,F7 və digər beynəlxalq sertifikatlarının olması üstünlükdür.
- MS Excel,Word,Powerpoint ilə işləmə bacarığı
- SQL bilkləri;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.