Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Sürücü
Əsas tələblər:
- Yaş həddi: 25– 45;
- Sürücülük vəsiqəsi: BC;
- İsuzu və Hyundai markalı yük avtomobillərini sürməyi bacaran;
- Bakı ərazsinini yaxşı səviyyədə tanıyan;
- Xoş görünüşlü, mədəni, kommunikasiya qura bilən.
Vəzifə öhdəlikləri:
- Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırılması;
- Məhsulların fakturalara uyğun müşdərilərə təhvil verilməsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edilməsi;
- Daxili Əmək İntizam Qaydalarına riayət edilməsi.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://google/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
- Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya qeyd olunan Şirkət ünvanına həftə içi 5 gün saat 10:00-15:00 aralığnda yaxınlaşıb CV forması doldura bilərlər. Wp: 0502911165.
- Yalnız vakansiya tələblərinə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.