AZSOFTWARE SYSTEM

Şirkət haqqında:
Əlaqə vasitələri:
Backend
Vəzifə Öhdəlikləri
- Yeni və mövcud olan backend tətbiqlərin hazırlanması, inkişaf etdirilməsi və optimallaşdırılması
- C# dili və .NET platformasında təmiz, oxunaqlı və sənədləşdirilmiş kodun yazılması
- Komanda ilə sıx əməkdaşlıq edərək Scrum və ya digər metodologiyalar çərçivəsində sprint planlaşdırmaları və gündəlik stand-up görüşlərində iştirak
- Yeni texnologiyaları izləmək, araşdırmaq və komandaya tövsiyələr vermək
Texniki Bacarıqlar
- C# proqramlaşdırma dili üzrə minimum 3 il iş təcrübəsi
- Clean Architecture və N-Layered Architecture ilə real layihələrdə işləmə təcrübəsi
- Təmiz kod yazma praktikasına dair bilik və təcrübə
- Entity Framework Core ilə məlumat bazası inteqrasiyası və sorğu performansının optimallaşdırılması təcrübəsi
- PostgreSQL ilə verilənlər bazasının idarə olunması, optimallaşdırılması və təkmilləşdirilməsi
- NoSQL verilənlər bazaları ilə iş təcrübəsi (xüsusilə MongoDB)
- Versiya nəzarət sistemləri ilə iş təcrübəsi – Git, GitHub, GitLab
Üstünlük Sayılan Bacarıqlar
- Microservice Architecture və Service-Oriented Architecture (SOA) ilə sistemlərin hazırlanması və saxlanması
- Mesajlaşma sistemləri ilə təcrübə (məsələn: RabbitMQ, Apache Kafka)
- Keşləmə alətləri ilə işləmə bacarığı (Redis, Memcached və s.)
- Docker ilə konteyner əsaslı inkişaf və yerləşdirmə mühitlərinin qurulması
- CI/CD prosesləri üzrə təcrübə və ya bilik (GitHub Actions, GitLab CI/CD və s.)
- Unit testlərin yazılması və test framevorkləri ilə işləmə təcrübəsi (xUnit, NUnit, MSTest)
- Front-end texnologiyalarına ilkin tanışlıq (HTML, CSS, JavaScript, Angular, React və s.)
Soft Skills və Digər Tələblər
- Komandada səmərəli işləmək bacarığı və güclü kommunikasiya qabiliyyəti
- Waterfall, Agile/Scrum kimi layihə idarəetmə metodologiyaları ilə tanışlıq
- Yeni texnologiyaları öyrənməyə istək və daimi inkişaf yönümlü yanaşma
- Təmiz, oxunaqlı, yenidən istifadə oluna bilən və sənədləşdirilmiş kod yazmaq bacarığı
Təhsil və Dil Bilikləri
- Kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil (bakalavr səviyyəsində)
- Texniki sənədləri oxuyub-anlayacaq səviyyədə İngilis dili biliyi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.