Rahatemlak.az

Şirkət haqqında:
Əlaqə vasitələri:
Ofis Meneceri / Administrator
rahatemlak.az – Azərbaycanda fəalliyyət göstərən əmlak elanları saytı “Ofis Meneceri / Administrator” vakansiyasını elan edir.
İş barədə məlumat:
- Sayta gələn elanların yoxlanılıb dərc edilməsi
- Telefonlara cavab vermək və doğru, səlis şəkildə izah etmə bacarığı
- Sorğuların düzgün şəkildə həyata keçirilməsi
- E-mail və yazışmaların həyata keçirilməsi, aidiyyatı şöbələrə yönləndirmək
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək
- Şirkətin iş fəaliyyəti ilə bağlı portfolionun mütəmadi yenilənməsini təmin etmək, şirkətin saytında yenilənmələrin vaxtlı-vaxtında yerləşdirilməsini nəzarətdə saxlamaq, foto və məlumatların keyfiyyətinə nəzarət etmək
Tələblər:
- Cins: Qadın (18-30 yaş)
- Aktiv, inisiativ işlədən, məntiqi düşüncəyə malik olmalı
- Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli
- Azərbaycan dili səlis olmalıdır (rus dili biliyi də arzuolunandır)
- Verilən tapşırıqları yüksək keyfiyyətlə və gecikdirmədən yerinə yetirməli
- Kompüter bilikləri (MS Office proqramlarıda yaxşı işləmək bacarığı)
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı iş təcrübəsinə uyğun olaraq
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 09:00-dan 18:00-dək
- Şənbə günü 10:00-dan 14:00-dək
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Ofis meneceri / Administrator” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.