GESCO ASC

Şirkət haqqında:
GESCO ASC, 26.05.2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin razılığı əsasında fəaliyyətə başlamışdır. Əvvəllər az sayda əməkdaşları olan şirkət, hazırda 2400-dən çox işçi ilə peşəkar mühafizə xidmətini təqdim edir.
Şirkət, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət sisteminin tələblərinə uyğun olaraq həyata keçirir.
Mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi olan “GESCO” ASC öz işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən 160-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir. Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən GESCO Mühafizə Şirkəti beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli, peşəkar xidməti birləşdirir.
Şirkətin işçilərlə təmin olunmasında aparıcı rol oynayan İnsan Resursları şöbəsi, bu gün peşəkar karyerasını mühafizə sahəsində başlamaq və davam etdirmək istəyən 20 yaşı tamam olmuş, hərbi xidmət keçmiş sağlam, fiziki hazırlıqlı gənclərin GESCO Mühafizə Şirkətində çalışmaq istəyini daim təmin edir. Şirkətin mehriban əmək kollektivinin bir üzvünə çevrilmək arzusunda olan hər bir ölkə vətəndaşı bu imkanlardan geniş bəhrələnə bilər.
GESCO Şirkəti üçün qazanılmış ən böyük dəyər- professionsal şəkildə formalaşan insan kapitalıdır.
Əlaqə vasitələri:
Kiçik mütəxəssis
Struktur şöbə/bölmə: Təchizat bölməsi
Vəzifə öhdəlikləri:
- Şöbənin təmir və texniki xidmət üzrə sifarişçisi olduğu proseslərlə əlaqədar iş sifarişləri və ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
- Baş ofisdaxili tədbirlərin maddi-texniki təminat və təchizatını həyata keçirmək;
- Baş ofisdaxili inventarların cari vəziyyətinə nəzarət etmək;
- Birbaşa rəhbəri tərəfindən ona həvalə edilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə, təhliletmə qabiliyyətinə malik olmalı.
Əlavə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri qeyri-iş günləridir);
- Nahar fasiləsi: 13:00 - 14:00;
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.