Memar (Fit-out/Fasad/Landşaft)
İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering Bakı şəhərində yerləşən mühüm layihə üçün memar vəzifəsinə təcrübəli, detallara diqqətli və sənədlərlə işləməkdə peşəkar namizəd axtarır. Namizəd fit-out işləri, fasad sistemləri və landşaft memarlığı sahəsində təcrübəyə malik olmalı, layihələndirmə və icra proseslərinə nəzarəti həyata keçirməlidir.
Əsas vəzifələr:
- Fit-out, fasad və landşaft dizaynlarının texniki tələblərə və layihəyə uyğunluğunun yoxlanması
- Subpodratçıların təqdim etdiyi memarlıq çertyojlarının və shop drawing-lərin nəzərdən keçirilməsi
- Sahədə yerində yoxlamaların aparılması və memarlıq işlərinin keyfiyyətinə nəzarət
- Normativ sənədlərə və spesifikasiyalara uyğunluğun təmin edilməsi
- Layihənin icrası zamanı memarlıq dəyişiklərinin idarə olunması və qeydiyyatı
- As-built sənədlərinin və dizayn reviziyalarının yoxlanılması
- Texniki iclaslarda iştirak və interdisiplinar koordinasiyanın təmin edilməsi
Tələblər:
- Memarlıq üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
- Fit-out, fasad və landşaft sahəsində minimum 5 il iş təcrübəsi
- Yüksək səviyyədə texniki çertyojları oxuma və sənədlərlə işləmə bacarığı
- AutoCAD, Revit, SketchUp, MS Office və digər dizayn proqramları ilə işləmə bacarığı
- Layihə spesifikasiyaları və tikinti normaları (BS, EN, SNIP və s.) üzrə biliklər
- Komanda ilə işləmə və strukturlaşdırılmış hesabat vermə bacarığı
- Sahədə memarlıq nəzarəti və texniki yönləndirmə təcrübəsi
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini, portfolio və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- E-mail mövzu hissəsində “Memar (Fit-out/Fasad/Landşaft) – [Sizin Adınız]” qeyd olunmalıdır.