QA/QC mühəndisi (Fit-out)
İş yeri: Bakı, Azərbaycan
Layihə növü: Tikinti layihələri
İş rejimi: Tam ştat (Project-based)
İş qrafiki: Həftədə 6 iş gün
STV Engineering Bakı şəhərində həyata keçirilən layihələr çərçivəsində fit-out üzrə QA/QC mühəndisi vəzifəsinə təcrübəli və sənədləşmə sahəsində güclü peşəkar axtarır. Namizəd fit-out işlərinin layihəyə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun şəkildə icrasına nəzarət etməli və sənədləşməni tam və vaxtında yerinə yetirməlidir.
Əsas vəzifələr:
- Fit-out işlərinin sahədə icrasına gündəlik nəzarət və texniki yoxlamaların həyata keçirilməsi
- Keyfiyyətə nəzarət sənədlərinin hazırlanması və idarə olunması: ITP, metod bəyanatları, yoxlama siyahıları, NCR-lər, material qəbul aktları və s.
- İcra işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğunluğunun təmin edilməsi
- Subpodratçılar və müştəri ilə keyfiyyət üzrə koordinasiya
- Materialların qəbul prosesi və quraşdırma mərhələlərinə texniki nəzarət
- As-built sənədlərinin hazırlanması və yoxlaması
- Daxili və xarici auditlərdə iştirak
- Mövcud normativ sənədlərə və keyfiyyət standartlarına əsasən iş proseslərinin qiymətləndirilməsi
Tələblər:
- Mülki mühəndislik, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Fit-out sahəsində minimum 5 il QA/QC üzrə iş təcrübəsi
- Gipskarton, boya, tavan, döşəmə, elektrik və santexnika işləri üzrə biliklər
- Keyfiyyət sənədlərinin hazırlanması və sahə nəzarəti üzrə təcrübə
- AutoCAD, MS Office və texniki sənədlərlə işləmə bacarığı
- Beynəlxalq və yerli keyfiyyət standartları (ISO 9001 və s.) üzrə anlayış
- Ünsiyyət, problem həll etmə və komandada işləmə bacarığı
- Detallara diqqətli və məsuliyyətli yanaşma
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz yenilənmiş CV-lərini və əlaqəli sənədlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- E-mail mövzu hissəsində “QA/QC mühəndisi (Fit-out) – [Sizin Adınız]” yazılması xahiş olunur.