ASSAN-STP Panel

Şirkət haqqında:
Sumqayıt Texnologiyalar Parkı sendviç panellərini “STP panel” brendi altında istehsal edir. STP-nin Sendviç Panellər Zavodunda bu brend altında Poliuretan və Daş yun sendviç panellər istehsal edilir.
STP panel sendviç panelləri yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur.
Əlaqə vasitələri:
Baş anbardar
İş şəraiti
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 5 günlük – 08:00-17:00
- Şənbə və bazar istirahət günləri
Vəzifə öhdəliyi:
- Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək;
- Sərbəst dövriyyə daxildə emal anbarlarındakı yüklərin, malların qəbulu və çıxışının siyahısını tərtib etmək;
- Yüklərini anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Yükün qəbulu və hazır məshsulun göndərilməsi prosesində ERP proqramında müvafiq əməliyyaların yerinə yetirilməsi;
- «Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması prosesinə nəzarət ermək;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsür cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib etmək;
- Anbarda saxlanılan materialların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparmaq;
- Aylıq və illik sayımları keçirilməsi və rəhbərliyə hesabatının verilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis dili (orta səviyyə);
- Kompüter proqramlarında işləmə bacarığı (ERP, Excel, Word);
- Daimi araşdırma bacarığı;
- Yeni texnologiyalara öyrənməyə həvəsli;
- Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
- Servislə təmin olunma;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə (korporativ paket);
- İllik Tibbi sığorta paketi;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.