Santral

Şirkət haqqında:
Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.
On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir.
Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir. Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir.
Əlaqə vasitələri:
Sosial media və video kontent üzrə mütəxəssis
Santral komandası yeni başlayan və enerjili Sosial media və video kontent üzrə mütəxəssis axtarır! Əgər sən Reels, Stories çəkməyi bacarırsan, TikTok və Instagram trendlərinə maraqlısan və marketinq sahəsində inkişaf etmək istəyirsənsə — sənə ehtiyacımız var!
Öhdəliklər:
- Məhsullarımız barədə qısa videolar (Reels, Stories) çəkmək və montaj etmək.
- Canlı yayım edərək yenilikləri izləyicilərə təqdim etmək.
- Maraqlı və yaradıcı kontent ideyaları hazırlamaq.
- Sosial şəbəkələrdə baxış və satışların artmasına dəstək olmaq.
Bizim üçün vacibdir:
- Telefonla sadə çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.).
- Instagram, TikTok, Reels alətlərini tanımaq.
- Səlis danışıq, ünsiyyətcil olmaq.
- Öyrənmək, böyümək və komanda ilə işləmək istəyi.
Bizim təklifimiz:
- Əmək haqqı: 700 AZN-ə qədər, nəticəyə görə bonus imkanı.
- Digital marketinq sahəsində təcrübə və inkişaf fürsəti.