AzProduct

Şirkət haqqında:
Azproduct LLC was established by Shamkhal Mammadov. It is a brand in wholesale sea food trading business which supplies a bulk of sea foods to hotels and caterers since 2012. Our passion for seafood led us to places known and unknown, and we learned that a great variety of quality seafood is available if you're willing to make the effort. Currently, we see that except sea-food all items are more or less delivered right to your doorstep. But still, you have to rely on local vendors or local fish market to buy your fish where there is no guarantee of the fish quality. To avoid this and make your purchase a simple and of high quality we have planned to retail our catch directly to households.
Əlaqə vasitələri:
Şəxsi Sürücü (Şirkət rəhbəri və ailəsi üçün)
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı:Razılaşma yolu ilə
Əsas vəzifə öhdəlikləri:
- Şirkət rəhbəri və ailəsinin şəxsi və işgüzar səfərlərinin həyata keçirilməsi
- Ev və ofis təsərrüfat işlərində dəstək göstərilməsi
- Etibarnamə əsasında bəzi sənədləşmə və rəsmi prosedurların icrası (banka, dövlət qurumlarına sənəd çatdırılması və s.)
- Avtomobilin ilkin texniki vəziyyətinin nəzarətdə saxlanılması və texniki xidmətə yönləndirilməsi
- Avtomobilin gündəlik təmiz və saz vəziyyətdə saxlanılması
İş rejimi:
- Həftədə 6 iş günü
- Həftədə 1 istirahət günü (rəhbərliklə razılaşdırılmaqla)
- Gündəlik 8-10 saatlıq iş qrafiki (lazım olduqda esneklik tələb oluna bilər)
Tələb olunan bacarıq və tələblər:
- Minimum 5 il sürücü vəzifəsində iş təcrübəsi
- B və C kateqoriyalı sürücülük vəsiqəsi
- Rus dili biliyi – mütləqdir
- İngilis dili biliyi – arzu olunandır
- Yaş həddi 35-50
- Kompüter bilikləri: əsas ofis proqramlarında işləmə bacarığı (Word, Excel, e-mail və s.)
- İlkin texniki servis və nəzarət bacarığı (yağ dəyişimi, təkər, akkumulyator və s. üzrə ümumi biliklər)
- İlkin tibbi yardım üzrə baza biliklər
- İşə qəbul zamanı sağlamlıq müayinəsindən keçmək
Geyim və davranış standartları:
- Klassik və səliqəli geyim tərzi
- Gündəlik təmiz, baxımlı və gigiyenik görünüş (saç, saqqal, şəxsi təmizlik)
- Nəqliyyat vasitəsinin daim təmiz, saz və tam təchizatlı olması tələb olunur
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.