Vision Academy

Şirkət haqqında:
Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
Əlaqə vasitələri:
Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz Peşə Təlim - Təcrübə Proqramı
Vision Academy tərəfindən təqdim olunan Proqramlaşdırma üzrə 5-6 aylıq təqaüdlü və ödənişsiz peşə təlim-təcrübə proqramlarına qeydiyyat başladı!
Bu proqram vasitəsilə Frontend, Backend, Full Stack (Backend və Frontend) və Java sahələrində sıfırdan peşəkar səviyyəyə qədər yüksəlmək, real layihələrdə iştirak etmək və iş imkanları qazanmaq fürsəti əldə edəcəksiniz.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Ali təhsilli ,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Proqramlaşdırma dilini sıfırdan öyrənmək və praktiki bacarıq qazanmaq istəyənlər.
- Kompüter elmləri və ya mühəndislik ixtisasından məzun olanlar.
- Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.
Təcrübə Proqramlarında Tədris Olunacaq Əsas Mövzular
Sizə təqdim etdiyimiz bu Təcrübə Proqramı çərçivəsində 4 müxtəlif proqramlaşdırma istiqaməti üzrə seçim imkanı verilir. Aşağıdakı proqramlardan yalnız birini seçmək mümkündür. Seçiminizi maraq dairənizə və gələcək peşə planlarınıza uyğun formada etməyiniz tövsiyə olunur.
Hər bir şəxs yalnız bir linkə daxil olaraq qeydiyyatdan keçə bilər. Bir neçə linkə müraciət edən namizədlərin ərizələri etibarsız sayılacaq.
Frontend Development (4.5 ay, 400 saat)
- HTML, CSS, JavaScript – əsas struktur, stil və funksionallıq
- DOM manipulyasiyası, Event Handling
- React.js, Angular kimi framework-lərlə tanışlıq
- Git və GitHub ilə versiya nəzarəti
Backend Development (5 ay, 440 saat)
- Server, müştəri və verilənlər bazası anlayışları
- API-lərin yaradılması, RESTful xidmətlər, HTTP protokolu
- Python/Django, Node.js, PHP, Java, Laravel kimi texnologiyalar
- Verilənlərin qorunması, autentifikasiya, kod optimizasiyası
- MySQL, PostgreSQL, MongoDB, ORM-lərlə işləmə
Java Proqramlaşdırma (4.5 ay, 400 saat)
- Java sintaksisi, OOP prinsipləri – Encapsulation, Inheritance, Polymorphism
- Fayllarla iş, JDBC və MySQL ilə CRUD əməliyyatları
- Java Servlet və JSP, MVC arxitekturası ilə tanışlıq
- Sadə qeydiyyat sistemləri və real mini layihələrin hazırlanması
Full Stack (Backend və Frontend) Development (5 ay, 440 saat)
- Proqramlaşdırmanın əsasları: dəyişənlər, şərt və döngü operatorları, funksiyalar
- Frontend texnologiyaları: HTML, CSS, JavaScript, React və ya Angular
- Backend texnologiyaları: Node.js, Express.js və ya Python/Django
- Verilənlər bazası: SQL, NoSQL, MySQL, MongoDB
- REST API-lərin yaradılması və istifadəsi
- Real layihələrin hazırlanması – frontend və backend inteqrasiyası
- Git, GitHub və deployment prosesləri
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə keçiriləcək.
- Təlim-təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Tam Praktik Yanaşma – Sahə üzrə təcrübəli proqramçılar tərəfindən fərdi yönləndirmə və rəy.
- Mentor Dəstəyi – Sahə üzrə təcrübəli proqramçılar tərəfindən fərdi yönləndirmə və rəy.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün aşağıdakı proqramlardan yalnız birini seçib və müvafiq linkə daxil olaraq qeydiyyat formunu doldurun.
- Frontend: https://forms.gle/353VJHnYXQjrFc996
- Backend: https://forms.gle/W8DzmuR6gv97ipUt9
- Java: https://forms.gle/21wCBvq24W8mSqe98
- Full stack (Backend və Frontend): https://forms.gle/5s95K2yn1m4Lddn16
Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A
Veb sayt: www.visionacademy.az
Sosial Media: @vision.karyera