Core Construction

Şirkət haqqında:
"Core Construction" MMC yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli tikinti, təmir, dizayn işləri həyata keçirib. İlk öncə işlərin keyfiyyət dəyəri rəhbər tutulduğuna görə, şirkətimizin davamlı uğurları bizi tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır.
Azərbaycan Respublikasının qanunlarını və beynəlxalq normaları nəzərə alaraq istehlakçı tələblərinin ödənilməsi öhdəliyini yüksək kefiyyətlə yerinə yetirilir. Həmçinin şirkətimiz ətraf mühitin qorunması, sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanmasını həyata keçirir.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mütəxəssis
Öhdəliklər:
- Layihədə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
- Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət
- Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsi;
- Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkili ;
- İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin daxili və xarici təhqiqatında iştirak;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə iş təcrübəsi;
- Komandada işləmə bacarığı
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır
İş barədə məlumat:
- İş vaxtı: Həftə içi 6 gün
- İş Yeri: Quba
- Əmək haqqı: 800-1000 azn.