Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
Aparıcı Konstruktor
Vəzifə öhdəlikləri:
- Konstruktiv işçi layihənin memarlıq cizgiləri əsasında qüvvədə olan inşaat norma və qaydalarına riayət edilməklə hazırlanması;
- Layihə əsasında iş həcmləri cədvəllərinin hazırlanması;
- Layihələndirilən bina və qurğuların fəza hesabatının aparılması;
- İşlənib hazırlanmış layihələri dövlət qurumları ilə razılaşdırmaq və müdafiə etmək;
- Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
- Tikinti sahəsində işlərin gedişinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis-konstruktor vəzifəsində iş təcrübəsi (3-5 il);
- Kompüter bilikləri - AutoCad, Lira Sapr, Tekla, Structure (arzuolunandır);
- Tikinti norma və qaydalarına dair biliklər;
- Layihələndirmə sistemlərini və metodlarını bilmək;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.