Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu
Elektrik Təchizatı Üzrə Mühəndis
Vəzifə öhdəlikləri:
- Elektrik işləri üzrə işçi layihələrin hazırlanması;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi
- Layihələri FHN ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək;
- Bina və qurğularda elektrik işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
- Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları və lazımı hesabatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları aidiyyatı qurum və bölmələrə göndərmək.
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
- Kompüter bilikləri – MS Office, AutoCAD;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.