Fire Safety Caspian Azerbaijan

Şirkət haqqında:
“Fire Safety Caspian Azerbaijan” MMC 2018-ci ildə Xəzər regionunda Britaniya standartlarına uyğun olaraq yanğınla mübarizə və xilasetmə avadanlıqlarının təmini və təhcizi üçün yaradılmışdır. FSCA depoları geniş şəkildə xilasetmə sahəsində müştərilərin hər hansı arzu və tələblərini ödəmək üçün yanğınsöndürmə avadanlığından ibarətdir.
Avadanlıq spektri: Hava təmizliyinin təhlili üçün avadanlıq, Tənəffüs aparatı ,Odadavamlı örtük və Dolablar, Yanğına qarşı köpük, Yanğın söndürən şlanqları üçün çarxlar, Yanğın Şlanqları, Stasionar yanğın söndürmə sistemləri - (CO2, su), Portativ Qaz Detektorları, Şişirilmiş xilasetmə gödəkçələri, Fotoluminesent təhlükəsizlik işarələri, Portativ Yanğın söndürücülər (NAFFCO), Xilasedici sal, Su / köpüklənmə üçün avadanlıq; injektorlar, induktorlar və monitorlar və s.
Qeyd edək ki, 2018-ci ildə FSCA MMC müxtəlif tipli 14 min ədəd yanğınsöndürmə avadanlığının xidmətin saxlanmasına dair SOCAR-la müqavilə bağlayıb.
Əlaqə vasitələri:
Tender üzrə mütəxəssis
Əmək haqqı: 600-700 AZN
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
- Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
- Yaş həddi: 20 - 30 yaş
- Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
- Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
- Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaraq izləmək
Vəzifə öhdəlikləri:
- Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
- Köçürülən və daxil olan vəsaitlərin 1C proqramına işlənməsi;
- İstehsala silinmiş malların 1C proqramına işlənməsi;
- Bank əməliyyatının həyata keçirilməsi;
- Ödənişlərin İnternet bakinq və e-taxes vasitəsilə icra edilməsi;
- Debitor və Kreditor hesabatının hazırlanması;
- Debitorların izlənilməsi və ödənişləri təmin edilməsi;
- Konragentlərələ bağlanmış müqavilələrin arxivləşdirilməsi;
- Nağd kassa əməliyyatlarının uçotunun aparılması;
- E-qaimə fakturalarının yazılması, hesab fakturaların hazırlanması, təhvil-təslim aktlarının tərtib olunması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;