Grand Motors Company

Şirkət haqqında:
Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Əlaqə vasitələri:
Təcrübə Proqramı
Gələcəyinizi bu gündən qurun – Grand Motors Company ilə texniki sahədə peşəkar karyeraya ilk addımınızı atın!
GRAND MOTORS COMPANY TƏCRÜBƏ PROQRAMINI ELAN EDIR!
Gənc istedadların inkişafına dəstək olmaq məqsədi ilə yeni Təcrübə Proqramına start verilir!
Əgər texniki sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmək, real iş mühitində təcrübə qazanmaq və gələcəkdə peşəkar karyera qurmaq istəyirsinizsə – bu fürsət sizin üçündür!
Təcrübə proqramı üzrə sahələr:
- Mühərrikçi
- Çilingər
- Dəmirçi
- Elektrik
- Hidravlik
- Tornaçı
Proqram haqqında ümumi məlumat:
- Proqramın müddəti: 6 ay
- Başlama tarixi: 15 sentyabr
- Əmək müqaviləsi: Təcrübəçilərlə rəsmi əmək müqaviləsi bağlanacaq və minimum ödəniş təyin olunacaq
Əlavə imkanlar:
- Şirkət tərəfindən nahar və servis xidməti
- Daxili və xarici təlimlər
- Karyera yüksəlişi perspektivi
- Real korporativ mühitdə təcrübə
- Xarici ölkələrə ezam olunma şansı
İlkin seçim meyarları çox sadədir:
Texniki peşə ixtisası və ya ali texniki təhsiliniz varsa düşünmədən müraciət edin. Xarici dil biliyi əlavə üstünlük hesab olunacaq.
Biz nə təklif edirik?
- 6 aylıq peşəkar inkişaf proqramı
- Praktiki bilik və real təcrübə
- 6 aydan sonra karyerada yüksəliş imkanı
- Böyük bir komandanın üzvü olmaq
- Proqramın sonunda 3 nəfər qalib Avropada “New Holland” zavodunu ziyarət etmək və istehsal prosesi ilə tanış olmaq şansını qazanacaqlar!