Azərpoçt

Şirkət haqqında:

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.

Əlaqə vasitələri:

Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Təsvir:

  • Müştəri şikayətlərini qəbul etmək və qeydiyyata almaq; 
  • Ticketing sistemində bütün məlumatları düzgün və dəqiq şəkildə qeydə almaq;
  • Şikayətləri aidiyyəti strukturlara yönləndirmək və nəticəsini izləmək;
  • Müştərilərə vaxtında, etik və aydın cavablar təqdim etmək;
  • Şikayətləri kateqoriyalaşdırmaq və təhlil etmək;
  • Şikayətlərin əsas səbəblərini müəyyən edərək rəhbərliyə hesabatlar təqdim etmək;
  • Müştəri məmnuniyyətini artırmaq üçün operativ və effektiv yanaşma göstərmək;
  • Aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək şikayətlərin həllinə dəstək olmaq;
  • Periodik olaraq statistik təhlillər və şikayət trendləri üzrə hesabatlar təqdim etmək;
  • Şirkətin xidmət keyfiyyəti standartlarına uyğun fəaliyyət göstərmək;

Tələblər:

  • Ali təhsil;
  • Şikayətlərin idarə olunması, ticketing sistemləri sahəsində azı 1-2 il iş təcrübəsi (şikayətlərin analizi və cavablandırılması üzrə təcrübəyə üstünlük verilir);
  • CRM sistemləri və ya helpdesk/ticketing sistemləri ilə iş təcrübəsi;
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini bilmək üstünlükdür);
  • Yüksək ünsiyyət bacarığı;
  •  Analitik düşüncə;
  • Sürətli öyrənmə və dəyişikliklərə uyğunlaşma
  • Diqqətli və sistemli işləmə bacarığı
  • Müştəri yönümlü düşüncə və problemlərin həllində çeviklik;

Vakansiya haqqında:

  • İş yeri: Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə;
  • Tam ştat (Bazar ertəsi-Cümə günləri);
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı razılaşma ilə.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Müştəri müraciətlərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap