West Product Marketing MMC

Şirkət haqqında:
Kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
Əlaqə vasitələri:
Məzmun yaradıcısı
Əsas vəzifə öhdəlikləri:
- Brendlər üçün kommunikasiya dilinin və tərzinin yaradılması
- Reklam kampaniyaları, POS materialları, sosial media postlar və vebsayt kontentlərinin yazılması
- Kreativ sloqan, başlıq və CTA hazırlanması, kiçik ssenarilərin yazılması
- Rəqəmsal və çap reklamları üçün qısa, konkret və təsirli mətnlərin hazırlanması
- Yeni məhsul təqdimatları üçün broşura, press-reliz, məhsul təsviri və s. kontentlərin yazılması
- Brend komandası və dizaynerlərlə sıx əməkdaşlıq
- Məhsullara uyğun sosial media sorğularının cavablama strategiyasının hazırlanması
- Daxili və xarici kommunikasiya materiallarının redaktə və korreksiya edilməsi
- SEO yönümlü mətnlərin hazırlanması (arzuolunandır)
- Müxtəlif auditoriyalar üçün uyğun ton və üslubda yazmaq bacarığı
- Yeniliklərin təklif edilməsi, ideyaların paylaşılması və tətbiqi
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- İş təcrübəsi: sahə üzrə minimum 3 il
- Sahə üzrə texniki proqram bilikləri
İş haqqında məlumat:
- İş qrafiki: Həftənin 5 iş günü, saat 09:00-18:00
- Nahar, korporativ nömrə və digər xərclər şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: Namizədin bilik, bacarıq, iş təcrübəsinə və əmək bazarına uyğun şəkildə təyin olunacaqdır
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.