Universal Poliqraf

Şirkət haqqında:
Şirkətimiz Mətbəə və reklam sahəsində 2009-cu ildən fəaliyyət göstərir. Universal Poliqraf MMC əsasən çap məhsulları və reklam sahəsində ixtisaslaşmışdır
Əlaqə vasitələri:
Daxili Audit üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- İllik audit planına uyğun olaraq audit yoxlamalarının təşkili və icrası;
- Maliyyə və əməliyyat proseslərinin yoxlanılması, çatışmazlıqların və risklərin müəyyən edilməsi;
- Audit nəticələrinə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Daxili nəzarət sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması;
- Qanunvericiliyin və daxili prosedurların icrasına nəzarət;
- Audit sənədlərinin tam və dəqiq tərtib edilməsi;
- Audit rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası.
Namizəddən tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi);
- Audit sahəsində minimum 2 il iş təcrübəsi;
- Maliyyə və audit üzrə qanunvericiliyi bilmək;
- Beynəlxalq sertifikatlar (ACCA, CIA və s.) üstünlükdür;
- Microsoft Office və 1C 8.3 proqramlarında işləmə bacarığı;
- Analitik və risk yönümlü düşüncə;
- Yüksək ünsiyyət və komandada işləmə bacarığı;
- İngilis və Rus dili bilikləri üstünlükdür.
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə və mobil telefon;
- Könüllü tibbi sığorta;