Best Bearings Company

Şirkət haqqında:
Şirkətimiz müxtəlif sənaye sahələrində, kənd təsərrüfatında və istehsalatda istifadə olunan yastıqlar,kəmərlər, yağ möhürləri və digər mallların təchizatında uzun illər uğurlu təcrübəyə malikdir.
"Best Bearings Company"MMC Yaponiyanın NACHİ, Türkiyənin SAYGILI RULMAN, Amerikanın DODGE,İsveçin TRELLEBORG,Çexiyanın RUBENA,Litvanın CRAFT,Hindistanın ESCON şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Əlaqə vasitələri:
Sürücü
Tələb və bacarıqlar:
- Sürücülük vəsiqəsi (B kateqoriya);
- Yol hərəkəti qaydalarını dərindən bilmək və onlara ciddi şəkildə riayət etmək;
- Bakı şəhərinin yol infrastrukturu və ərazisi barədə yaxşı məlumatlı olmaq;
- Həm mexaniki, həm də avtomatik sürət qutusuna malik olan nəqliyyat vasitələrini idarə etmək bacarığı;
- Minimum 3 il sürücülük təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Müştərilərə sənəd və məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək;
- Anbar, mağaza və ofis arasında sənədlərin, məhsul və materialların daşınmasını həyata keçirmək;
- Təhvil-təslim zamanı yaranan hər hansı nöqsan və uyğunsuzluqlar barədə ofis əməkdaşlarını operativ məlumatlandırmaq;
- Bütün sənədlərin itkisiz, zədələnmədən və məxfiliyinə toxunmadan vaxtında və düzgün şəkildə ofisə çatdırılmasını təmin etmək;
- İstifadəsində olan nəqliyyat vasitələrinin texniki sazlığını və təmizliyini qorumaq;
- Avtonəqliyyat vasitələrinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Avtonəqliyyat vasitələrinin təmiri ilə bağlı işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
İş şəraiti:
- Həftə içi iş qrafiki: 09:00-dan 18:00-dək (5 iş günü);
- Şənbə günü iş saatı: 10:00-dan 15:00-dək;
- İstirahət günü: bazar;
- İstifadə olunan avtomobillər: Ford Transit və Opel Astra;
- Əmək haqqı: 500-600 Azn GROSS;
- Korporativ mobil nömrə təmin edilir.