Respublika Diaqnostika Mərkəzi

Şirkət haqqında:
RDM – MÜASİR ÇOXPROFİLLİ TİBB MƏRKƏZİ
Missiya: RDM – Sağlam cəmiyyətin təminatçısıdır.
Vizyon: RDM – Uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəlxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyəvi texnologiyaların vəhdətini təşkil edir.
Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.
Dəyərlər:
- Pasiyentin təhlükəsizliyi
- Peşəkarlıq
- Qabaqcıl xidmət
- Sosial məsuliyyət
Əlaqə vasitələri:
Həkim-radioloq
Vəzifə üzrə öhdəliklər:
- Həkim-radioloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi.
- KT, MRT diaqnostika prosedurların keçirilməsi
Tələblər:
- Ali tibbi təhsil
- Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “şüa-diaqnostikası” ixtisası üzrə peşə hazırlığı keçməlidir;
- İxtisası üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
- Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;