Grand Logistics Center

Şirkət haqqında:
GLC - Azərbaycanda yerləşən, fərdiləşdirilmiş logistik həllərin tədarükçüsüdür.
Bizim logistika və nəqliyyat sistemləri sahəsindəki geniş bilik və təcrübələrimiz bizə start-ap şirkətlərindən tutmuş iri transmilli korporasiyalara qədər bütün şirkətlərə anbara yığma, nəqliyyat, və paylama üzrə kompleks xidmətlər təqdim etmək imkanı verir.
Biz qürur hissi keçiririk ki, müştərilərimiz üçün fərdi həllər yaradan və uzunmüddətli tərəfdaşlıq münasibətlərinə investisiya yatıran bir logistika şirkətiyik.
Biz tələbatlarınıza uyğunlaşdırılmış və bütün sutka ərzində, ilin 365 gününü fəaliyyət göstərən üçüncü tərəf logistik həlləri təklif edirik.
Bizim mükəmməlliyə doğru cəhdlərimiz müştərilərimizə özünün tədarük zəncirinin hər bir hissəsində rəqabət üstünlüyü əldə etmək imkanı verir.
Biznesiniz üçün ən yaxşı həlli tapmağınıza kömək etmək həmişə hazırıq!
Əlaqə vasitələri:
Təchizat üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
- Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada alışının təmin edilməsini həyata keçirmək;
- Şirkətin satınalma/təchizat zənciri ehtiyaclarının qarşılanması;
- Gündəlik satınalma fəaliyyəti ilə əlaqədar olaraq işlərin idarə edilməsi, istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədilə müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmələrin həyata keçirilməsi;
- Tədarükçülərin axtarışı;
- Xammal və avadanlıqların alışını həyata keçirmək;
- Alınmış malların 1C proqramında qeydiyyatının aparılması;
- Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddət və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
- Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək;
- Qiymət araşdırılmasını həyata keçirmək;
Tələblər
- Ali təhsil;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
- Komandada işləmək bacarığı;
- Analitik düşüncə bacarığına sahib olmalı.