VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Sürücü
İş barədə məlumat
- Ünvan: Qobu qəsəbəsi
- Açıq vəzifələr: 2 nəfər D kateqoriyalı sürücü
- Əmək haqqı: 650 – 800 AZN (Bilik və bacarıqlara əsasən müəyyən edilir)
Namizədlərə tələblər:
- Minimum 5 illik sürücülük təcrübəsi
- D kateqoriyalı sürücülük vəsiqəsi
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi əməl etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Marşrut üzrə vaxtında və təhlükəsiz hərəkət
- Nəqliyyat vasitəsinin gündəlik texniki yoxlanışı
- Təlimat və hesabatların rəhbərliyə təqdim edilməsi
- Nasazlıqlar barədə vaxtında məlumat vermək
Zəng edin: 050 257 80 36, 050 257 80 25