İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Satınalma sektorunun müdiri
Biz şəffaf, məsuliyyətli və peşəkar idarəetmə yanaşması ilə milli irsimizi qorumağa və inkişaf etdirməyə sadiq komandamıza dəyərli üzv axtarırıq.
İş şəraiti
- Struktur bölmə: Aparat / Satınalma sektoru
- İş qrafiki: Həftənin 5 günü saat, 09:00-dan 18:00-dək.
Vəzifə öhdəlikləri:
- Struktur bölmələrdən daxil olan satınalma tələblərinin toplanması və təhlili;
- Satınalma strategiyasının hazırlanması və icrasına nəzarət;
- İddiaçıların cəlb olunması, müsabiqələrin təşkil edilməsi və nəticələrin elan olunması
- Dövlət satınalmaları haqqında Qanuna uyğun olaraq müqavilələrin hazırlanması, bağlanması və icrasının izlənməsi;
- Texniki və maliyyə təkliflərinin qiymətləndirilməsi və nəticələrin ümumiləşdirilməsi
- Satınalma sənədlərinin, protokolların və digər məlumatların konfidensial şəkildə idarə olunması;
- Rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- Əmək qanunvericiliyinə və daxili prosedurlara tam uyğun fəaliyyətin təmin olunması;
- Satınalma prosesinin planlaşdırılması və Dövlət Satınalmalarının Vahid İnternet Portalı üzərindən icrası;
- Satınalma Komissiyasının işinin təşkili, şərtlər toplusunun və uyğunluq sənədlərinin hazırlanması;
- İddiaçılarla yazışmaların və protokollaşdırılmış görüşlərin aparılması;
- Maraqlar toqquşmasının qarşısının alınması və şəffaflıq prinsiplərinə əməl olunması.
Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadiyyat, hüquq, idarəetmə və ya müvafiq sahələr üzrə)
- Satınalma sahəsində minimum 5 il iş təcrübəsi
- “Dövlət satınalmaları haqqında” Qanun və digər normativ sənədlərlə işləmə bacarığı
- Müvafiq proqram təminatları və MS Office bilikləri
- İnkoterms şərtləri və müqavilə menecmenti üzrə praktik anlayış
- Planlaşdırma, analitik təhlil və komandada işləmək bacarığı
- Etik davranış və konfidensiallıq prinsiplərinə yüksək səviyyədə riayət