Baku Design Academy

Şirkət haqqında:
Bakı Dizayn Akademiyası 2018-ci ildə təsis edilmişdir. Hal-hazırda akademiyada UX&UI, Modern Qrafik Dizayn, 3D Dizayn, İnteryer Dizayn və 2D Motion Graphics ixtisasları tədris olunur.
Akademiya kreativ və pozitiv enerji dolu insanları özündə cəmləşdirən əyləncəli mühitə sahibdir. Belə ki, Dizayn Akademiyası peşəkar mütəxəssislər tərəfindən tədris olunan və həm texniki, həm də praktiki dərslərlə gələcəyin professional dizayneri olmağa şərait yaradan tədris proqramı ilə xidmət göstərir. Ən əsası isə sonda proqramı uğurla tamamlayan tələbələrə partnyor və digər şirkətlərdə peşəkar karyera imkanı təklif edilir.
Əlaqə vasitələri:
Tələbə Koordinatoru
əhsil sektorunda ölkənin öndə gələn akademiyalarından olan “Baku Design Academy” yeni vakansiya elan edir!
Tələblər:
- Detallara diqqətli yanaşmaq və analiz edə bilmək
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı
- Office proqramlarında işləmək bacarığı (xüsusilə excel və word)
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil
Vəzifə öhdəlikləri:
- Dərs otaqlarının və otaqda olan ləvazimatların dərs cədvəlinə uyğun olaraq yoxlanılması və lazımi tədbirlərin görülməsi
- Dərs zamanı çıxan texniki problemlərlə bağlı müəllim və tutorlara dəstək göstərilməsi
- Yönləndirilmiş gündəlik hesabatların hazırlanılması və təhvil verilməsi
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
- Çap işləri və avadanlıqların servis işlərinin yerinə yetirilməsi üçün yönləndirilən tapşırıqların tamamlanması
İş rejimi:
- Həftəiçi: saat 10:00- 16:00 və ya 16:00 - 22:00
- Şənbə və ya bazar günü: saat 10:00 - 16:00