Sağlam Ailə

Şirkət haqqında:
2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial və 4 “ASAN XİDMƏT” Mərkəzində Qanalma məntəqəsi fəaliyyət göstərir.
ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.
Əlaqə vasitələri:
Təchizat və satınalma üzrə mütəxəssis
Biz sizə nə təklif edirik:
- İş qrafiki: həftənin 5 günü saat 09:00-18:00 (həftəlik 40 saat);
- Mehriban kollektiv;
- Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.
Vəzifə və öhdəliklər:
- Şöbələrdən daxil olan sifarişləri qəbul edib, müvafiq təhlil və təsdiqdənləmələrdən sonra icarsını təmin edir;
- Sifarişlərin keyfiyyətli və uyğun qiymətli mal-materiallarla (iş və xidmətlə) təmin olunması;
- Tender, kotirovka, təkliflərin sorğularını həyata keçirir.
- Alınan malların standartlara uyğun olmasına nəzarət edir.
- Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
- Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə (Mal, iş və xidmət satanlarla) müqavilələrin bağlanmasını təmin etmək;
- Müqavilənin icrası uçotunun aparılması;
- Ödənişlərin nəğdsiz qaydada (köçürmə yolu ilə) aparılmasını təmin etmək;
Aşağıda qeyd edilən olunan təyinatlar üzrə məhsulların yerli bazar təchizatçıları və distribütorlarında alışını həyata keçirir:
- İT texniki təminat malları;
- Dəftərxana materialları;
- Ərzaqlar və mətbəx malları;
- Təmizlik və dezinfeksiya Materialları;
- Təmir -Tikinti materialları;
- Mebel və digər inventarlar.
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadi və texniki təhsillilərə üstünlük verilir);
- Aidiyyəti sahədə 1 ildən artıq iş təcrübəsi;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Punktual, aktiv, çevik və məsuliyyətli olmalı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Təchizat və satınalma üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.