Azinko Development

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətə başlayan “AZİNKO HOLDİNQ” MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - “KLASS AZ KO” MTK, “XƏZƏR AZ KO” MTK, “SAHİL AZ KO” MTK, ”AZ-İN-KO” MMC və “REGİONAL İNŞAAT” MMC daxildir.
Yarandığı vaxtdan “AZİNKO HOLDİNQ” MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin,biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur.
Əlaqə vasitələri:
Avtomatika üzrə mühəndis
Struktur: Texniki şöbə
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
- Ali texniki təhsil (avtomatika, elektrotexnika və ya əlaqəli sahə üzrə);
- Minimum 1 il bina avtomatlaşdırması və ya sənaye avtomatika sahəsində iş təcrübəsi;
- BMS, PLC və SCADA sistemləri üzrə təcrübə və proqramlaşdırma bacarığı;
- Fasad işıqlandırma sistemləri və ssenari əsaslı idarəetmə ilə işləmək bacarığı üstünlükdür;
- Yanğın təhlükəsizliyi sistemləri ilə avtomatika arasında inteqrasiyalı iş prinsiplərini bilmək;
- Komanda işi, analitik düşüncə və texniki sənədlərlə işləmək bacarığı;
- Komanda ilə işləmə və müstəqil qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və operativ yanaşma.
Vəzifə öhdəlikləri:
- Kompleksin avtomatlaşdırılmış idarəetmə sistemlərinin (BMS – Building Management System) idarə olunması və texniki baxışının həyata keçirilməsi;
- Binanın fasad işıqlandırma sistemlərinin proqramlaşdırılması, gündəlik və mövsümi ssenarilər üzrə tənzimlənməsi;
- HVAC, nasoslar, ventilyasiya, enerji istehlakı və digər mühüm texniki sistemlərin avtomatlaşdırılmış şəkildə idarə olunmasına nəzarət;
- Yanğın siqnalizasiya sistemlərinin (FACP və s.) BMS və digər sistemlərlə düzgün inteqrasiyasının təmin olunması;
- PLC, SCADA, sensor və digər modullar üzrə nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Texniki sənədlərin hazırlanması, sistem parametrlərinin sənədləşdirilməsi və proqram təminatlarının ehtiyat nüsxələrinin idarə olunması;
- Mühəndis və texniki heyətlə koordinasiyalı şəkildə işləmək.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təklif edilir;
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları.