Yapi Kredi Bank

Şirkət haqqında:
Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.
Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.
Əlaqə vasitələri:
İstehlak Kreditləri Yığım və İzləmə üzrə mütəxəssis / aparıcı mütəxəssis
Tələblər:
- Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
- Bank və ya maliyyə sektorunda 2 il iş təcrübəsi
- Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dilini bil
- Gecikmədə olan müştərilər ilə işləmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarıqları;
- Yarana biləcək riskləri öncədən görmək və ölçmək üçün lazımi bilgi və bacarıqlar
Əsas iş funksiyaları:
- Həftəlik hesabatlarla tərtib edilən gecikmədə olan müştərilərin təqib edilməsi, zənglərin həyata keçirilməsi və günlük geri ödəmə nəticələrini izlənməsi;
- Zəruri hallarda gecikmədə olan kreditlərin yenidən restrukturizasiyası uçun təkliflərin hazırlanması;
- Gecikməli portfelin analizi, hesabatların hazırlanması
- Qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
- Lazım gəldikdə, rəhbəri ilə birlikdə filial/satış bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
- Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək;
CV-lərinizi qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.