Avant Group MTK

Şirkət haqqında:
Əlaqə vasitələri:
ERP üzrə mütəxəssis (Kommersiya Departamenti)
Vəzifə öhdəlikləri:
- ERP sisteminin kommersiya moduluna dair istifadəçi tələblərinin toplanması və texniki tapşırıqların hazırlanması;
- Büdcə planlaması, xərclərə nəzarət, “cost report” və “cash flow” funksiyalarının sistemə düzgün inteqrasiyasına nəzarət və uyğunluğun təmin edilməsi;
- Test mühitində sınaqların təşkil edilməsi, nəticələrin təhlili və zəruri texniki və funksional düzəlişlərin təklif olunması;
- Layihə, maliyyə və kommersiya komandaları ilə sıx əməkdaşlıq çərçivəsində ERP funksionallıqlarının koordinasiyası;
- Canlı mühitə keçid mərhələsində məlumatların yoxlanılması, uyğunlaşdırılması və keyfiyyətinin təmin edilməsi;
- İstifadəçi üçün nəzərdə tutulmuş təlimat və texniki sənədlərin hazırlanması və yenilənməsi;
- ERP sistemində inteqrasiya olunmuş proseslərin fasiləsiz və səmərəli işləməsinin təmin edilməsi;
- Mövcud və planlaşdırılan ERP sistemlərindən effektiv istifadə məqsədilə istifadəçilərə texniki və funksional dəstəyin göstərilməsi;
- Sistem daxilində yaranan texniki nasazlıqların müəyyən olunması və İT departamenti ilə birgə operativ şəkildə aradan qaldırılması;
- ERP sisteminin gələcək təkmilləşdirilməsi məqsədilə analitik hesabatların hazırlanması və inkişaf təkliflərinin verilməsi.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühəndislik və ya əlaqəli sahələr üzrə)
- ERP sistemləri üzrə (xüsusilə Kommersiya modulu) minimum 3 il iş təcrübəsi
- Büdcə və xərclərə nəzarət prinsipləri üzrə praktiki biliklər
- Excel və ERP proqramlarında yüksək səviyyədə istifadə bacarığı
- Analitik düşüncə və sistemli yanaşma qabiliyyəti
- Yaxşı kommunikasiya və sənədləşdirmə bacarıqları
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dili arzuolunandır
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir.
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
- Əmək haqqı müsahibə əsasında