Avromed Company QSC

Şirkət haqqında:
Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdəyik. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bakıda yerləşən Avromed mərkəzi ofisi ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofis, 8500 kv.m-lik anbar, həmçinin də 240-dan çox çatdırma və ağır yük avtomobillərindən ibarət avtoparkı ilə Azərbaycanın əczaçılıq sahəsində ən böyük logistik imkanlara sahib olan şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Qeyri əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi
Ərazilər: Bakı
İşin təsviri:
- Satınalma sifarişlərinin hazırlanmasına və tədarüklərin izlənilməsinə kömək etmək
- Satınalma sənədlərinin və məlumat bazasının yenilənməsində dəstək göstərmək
- Təchizatçılar və podratçılarla ünsiyyətin qurulmasına kömək etmək
- Daxili şöbələrlə (logistika, maliyyə, anbar) əməkdaşlıq etmək
- Hesabat və təqdimatların hazırlanmasında iştirak etmək
- Satınalma şöbəsinin inzibati işlərində dəstək vermək
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Rus dili və İngilis dili biliyi arzuolunandır;
- 1C proqramında işləməyi qavrama qabiliyyəti;
- Logik düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətçil, ünsiyyətçil və çalışqan;
- Öyrənməyə və inkişafa yüksək həvəs.
- Microsoft Excel proqramında işləmə bacarığı
Təklifimiz:
- Əla iş şərtləri: sığorta,karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!