Avenue

Şirkət haqqında:
“AVENUE” 2020-cu ildən etibarən Sizə xidmət edir.
Premium məhsulların istehsalçısı olan brendlərin birbaşa evinizə çatdırılmasını təmin edir.
3700 kv/m – ərazini əhatə edən interyer məkanı – Avropanın və Amerikanın öndə gedən mebel, santexnika, işıqlandırma, parket, qapı və ev tekstili alıcılırana təqdim edir.
Rahatlıq və keyfiyyət, davamlılıq və zəriflik, əlçatanlıq və dizaynın bütün meyarlarına cavab verən “Avenue” məhsulları xüsusi olaraq Sizin üçün seçilmişdir.
Müştəri məmnuniyyətini ön planda tutan komandamız dünya miqyasında konseptual mağaza konsepsiyası ilə sizi yeni dünyalarla tanış olmağa dəvət edir.
Əlaqə vasitələri:
Satış üzrə mütəxəsis
İş barədə məlumat:
Showroomun Oboy-pərdə şöbəsinə “Satış üzrə mütəxəsis” vakansiyası elan edilib, aşağıdakı tələblərə cavab verən namizədləri iş görüşməsinə dəvət edirik:
- Showrooma daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
- Məhsullar haqqında müştəriyə məlumat vermək;
- Satışı həyata keçirtmək;
- Showroomdakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək;
- Müştəri istəklərinə uyğun təkliflərin hazırlanması;
- Məhsulların vitrində səliqəli və cəlbedici formada düzülməsinə nəzarət etmək;
- Firmaların Price-listi və kataloqlarına əsasən təkliflərin hazırlanması;
- Komanda ilə əməkdaşlıq şəraitində işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək;
- İşə qəbul Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır;
- İş saatı: 6 günlük növbəli iş qrafiki, iş saatları 10:00 – 19:00;
- Həftədə 1 gün istirahət günü;
- Ünvan: Nərimanov Rayonu, Təbriz küçəsi 70D;
- Əmək haqqı: 800-1000 azn.
Tələblər:
- Yaş həddi 22 - 35 yaş (Xanim namizədlərə üstünlük veriləcək)
- Satış sahəsində ən azı 1 il təcrübə
- Azərbaycan dili səlis, Rus dili səlis
- Səbirli və müştəri yönümlü
- Satış texnikaları və müştəri münasibətləri sahəsində biliklər
- İşgüzar etik qaydalarına riayət olunması
- Bütün tapşırıqların vaxtında yerinə yetirilməsi və hesabatı.
Tələblərə uğun namizədlər mövzu yerində “Oboy-pərdə üzrə satış mütəxəssisi“ qeyd edərək öz CV-lərini qeyd olunan e-mail ünvanına göndərə bilərlər.