Caspian Energy Group

Şirkət haqqında:
Caspian Energy Group, respublikamızın inşaat sektorunun tələblərinə uyğun olaraq, Rusiya, Türkiyə, Ukrayna, Belorusiya və dünya şöhrətli bir çox şirkətlərin istehsal etdiyi izolyasiya və inşaat materiallarının idxalını və daxili bazarda satışını həyata keçirir. Azərbaycanda, Texnonikol, URSA, İzocam, Kronospan, HekimYapı, Revaber, Bautex, Lohmann kimi markaların rəsmi nümayəndəsi və partnyoruyuq. Qiymət münasibliyi, məhsul çeşidləri və məhsullarımızın keyfiyyətinə görə bazarda lider mövgeyə sahibik. Şirkətimiz izolyasiya və inşaat materialları sahəsində Sizin güvənilir partnyorunuza çevrilə bilər. Bu istiqamətdə, tecrübəli, peşəkar, gülərüz kollektivimiz, əlindən gələn səyləri inamla göstərməyə hazırdır. Şirkətimiz, həmçinin inşaat materiallarının istehsalçısıdır. Bunların sırasında alçıpan profillərini, CPS markasının adını çəkmək olar. Sizləri əməkdaşlığa dəvət edirik.
Əlaqə vasitələri:
Korporativ Satış Meneceri
Vəzifə öhdəlikləri:
- Bazar analizi
- Satışın həyata keçirilməsi
- Potensial müştərilərə təkliflərin göndəriməsi
- Yeni müştəriləri cəlb etmək
- Gördüyü işlər barədə hesabatlar hazırlamaq
- Hesabatları rəhbərliyə məruzə etmək
- Müştərilər ilə görüşlərin aparılması
İş rejimi:
- Saat 9:00 - 18:00
- Şənbə 9:00 - 13:00 ( qısa iş günü)
- Bazar istirahət günüdür.
- Yanacaq ilə təmin edilir.
- Korporativ nömrə + abunə haqqı
- Aylıq gəlir 1500 - 2000 azn təşkil edir.
Namizədə tələblər:
- Məsuliyyətli, ciddi, punktual işguzar
- 25-35 yaş aralığında
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Müştərilərlə sıx münasibət
- Səlis nitq qabiliyyəti
- Dinamik, aktiv, inadkar
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
- Satış qabiliyyəti
- Müştərini inandırmaq bacarığı
- İşinə qarşı həvəsli, yeniliklərə açıq
- Öyrənməyə meyilli