Ultra Technologies

Şirkət haqqında:
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır. ULTRA Technologies şirkəti E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Bank, E-Kitabxana, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elektron portalı və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələri həyata keçirmişdir
Əlaqə vasitələri:
Biznes Analitik (Business Analyst)
Vəzifə öhdəlikləri:
- Biznes və texniki tərəfdaşlarla əməkdaşlıq edərək əsas tələblərin düzgün anlaşılmasını təmin etmək;
- Layihənin strateji hədəflərinə uyğun olaraq biznes və funksional ehtiyacların formalaşdırılması;
- Müxtəlif formatlarda tələblərin sənədləşdirilməsi (Use Case, User Story, BRD, FRD və s.) və komandalar arasında effektiv ötürülməsi;
- Cari prosesləri təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
- Tələblərin dəqiq və ölçülə bilən şəkildə ifadə olunmasını təmin etmək, qəbul meyarlarını müəyyənləşdirmək və test komandası ilə koordinasiyalı işləmək;
- Dəyişiklik sorğularını qiymətləndirərək layihə komandası ilə birgə uyğun həll yollarını təklif etmək;
- İnteqrasiya ssenarilərini və sistem məhdudiyyətlərini nəzərə alaraq praktik və texniki əsaslandırılmış təkliflər irəli sürmək;
- Agile çərçivəsində işləyərək sprintlər üçün istifadəçi hekayələri və qəbul kriteriyalarını hazırlamaq;
- Proses və struktur diaqramları tərtib etmək üçün müasir vizual alətlərdən (Draw.io, FigJam, Bizagi və s.) istifadə etmək;
- Məlumat əsaslı qərarverməni təşviq etmək və biznes analizində bu yanaşmanı tətbiq etmək;
- İstifadəçilərin qəbul testlərində (UAT) iştirak etmək və uyğunluq yoxlamasını dəstəkləmək.
Tələblər:
- İnformasiya texnologiyaları, biznes analitikası və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
- Biznes analitikası üzrə azı 3 il iş təcrübəsi, xüsusilə dövlət layihələrində iştirak üstünlükdür;
- Biznes ehtiyaclarını funksional tələblərə çevirmək və bunu sadə, başadüşülən şəkildə ifadə etmək bacarığı;
- GAP analizi aparmaq və texniki tapşırıqları sistemli şəkildə hazırlamaq bacarığı;
- SRS, FRS, Use Case, Acceptance Criteria kimi sənədlərlə işləmək təcrübəsi;
- SQL sorğularının yazılması və verilənlər bazası ilə işləmə bacarığı;
- API-lərin prinsipləri, sistem inteqrasiyaları və texniki arxitektura anlayışı;
- JIRA və Confluence alətləri ilə gündəlik iş təcrübəsi;
- BPMN çərçivəsində biznes proseslərinin modelləşdirilməsi bacarığı;
- Agile metodologiyasının tətbiqi və komandada çevik yanaşmalarla işləmək təcrübəsi;
- Microsoft Visio, Draw.io, Bizagi, Figma və oxşar alətlərdə işləmək bacarığı;
- BA və ya İT sahəsində beynəlxalq sertifikatlar (CBAP, PMI-PBA, IIBA və s.) əlavə üstünlük sayılır.
Fərdi və peşəkar bacarıqlar:
- Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət və əməkdaşlıq qurmaq;
- Dəqiq analiz, problem həlletmə və tənqidi düşünmə bacarıqları;
- Mürəkkəb tələbləri aydın və sistemli şəkildə təqdim etmək bacarığı;
- Tapşırıqlar arasında prioritetləşdirmə və vaxtın düzgün idarə olunması;
- Komanda daxilində aktiv əməkdaşlıq və nəticə yönümlü yanaşma;
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies
Müraciət etmək qaydası:
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Biznes analitik” qeyd etmələri xahiş olunur.