İMEC Mühəndislik

Şirkət haqqında:
İMEC Mühəndislik şirkəti 2022 – ci ildən fəaliyyətini rəsmiləşdirmiş, gənc, inovativ və dinamik şirkətdir. Şirkətin missiyası, Azərbaycanda inkişaf etməkdə olan dağ-mədən və sənayenin qeyri neft sektorunda mühəndislik disiplinləri çərçivəsində iləri mühəndislik həlləri, məsləhət(konsultasiya), kommersiya xidmətləri, uyğun avadanlıqların təmin edilməsi, işə salınması, təmirinin (planlı və plandankənar) həyata keçirilməsində ibarətdir. Şirkətimizin təsisçiləri və əməkdaşları, dağ-mədən və digər sənaye sahələrində texniki təmir, proseslərin idarə olunması və məsləhət xidmətləri də daxil olmaqla 10 ildən çox ölkədaxili və ölkəxarici təcrübəyə malikdirlər. Əsas hədəfimiz, müştəri və tərəfdaşlarımıza ən yaxşı mühəndislik xidmətləri və sınanmış keyfiyyətli məhsulları təqdim etməkdir.
Şirkətimiz, bacarıqlı və daim öyrənməyə istəkli olan mütəxəssislər ilə işləməyə üstünlük verir. Həmçinin əməkdaşlarımızın təcrübələrindən istifadə edərək yeni biliklər qazanması üçün də imkanlar yaradırıq.
Əlaqə vasitələri:
Ofis meneceri
İş barədə məlumat:
- Ofisin gündəlik iş fəaliyyətinin təşkili və idarə olunması
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi
- Ofis daxili sənəd dövriyyəsinin idarə edilməsi, məktubların, hesabatların hazırlanması və arxivləşdirilməsi
- Qonaqların və zənglərin qarşılanması, lazımi istiqamətə yönləndirilməsi
- İşçi heyətinin ofis ehtiyaclarının (dəftərxana ləvazimatları, texniki avadanlıqlar və s.) təmin edilməsi
- Ofis avadanlıqlarının və sistemlərinin düzgün işləməsinə nəzarət
- İşgüzar yazışmaların aparılması və müxtəlif idarəetmə sənədlərinin hazırlanması
- Tədbirlərin və iclasların təşkili və onların koordinasiyası
- İşçilər arasında koordinasiya və kommunikasiya əlaqələrinin gücləndirilməsi
- Mühasibatlıq, insan resursları və digər şöbələrlə əməkdaşlıq və lazımi dəstəyin göstərilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Ofis meneceri və ya bənzər vəzifədə təcrübə
- MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) sərbəst işləmə bacarığı
- Sənədlərlə işləmək və yazışmalar aparmaq bacarığı
- Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı
- Dəqiq, məsuliyyətli və punktual olmaq
- Vaxtın idarə olunması və çoxsaylı tapşırıqların effektiv yerinə yetirilməsi bacarığı
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür
- Məlumatların konfidensiallığını qoruma bacarığı
- Təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlıq
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 500 AZN
- İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.
- Rəsmi sənədləşmə