Bakinity Distribution MMC

Şirkət haqqında:

Cəmiyyətin  fəaliyyət növü haqqında ətraflı məlumat, -Bakinity şirkəti 2001-ci ildə yaradılıb.

2016-cı ilin yanvarından pərakəndə satış istiqaməti müstəqil şirkətə çevrildi. Pərakəndə satış istiqaməti kompüter və ofis avadanlığı satışı sahəsində fəaliyyət göstərir, ölkədə məhsul və İT-xidmətlərinin geniş spektrini təqdim edir.

Biz bir sıra müxtəlif məhsullar və aparıcı şirkətlərin avadanlıqlarını:

  • kompüter avadanlıqları,

  • əlavə hissələr,

  • noutbuklar,

  • kompüter və ofis üçün periferik qurğular,

  • serverlər,

  • şəbəkə və operator avadanlıqları,

  • eləcə də aparıcı şirkətlərin lisenziyalı proqram təminatını təklif edir.

Cəmiyyətin  məqsədi müştəriləri ən yeni yüksək keyfiyyətli texnologiyalar və kompüter məhsulları ilə təmin etməkdir.

Əlaqə vasitələri:

Sürücü-ekspeditor

Peşə öhdəlikləri:

  • Müşayiətedici sənədlərə uyğun olaraq anbardan məhsulları qəbul edir;
  • Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir;
  • Məhsulların təyin olunmuş yerə çatmasını təmin edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir;
  • Anbardan verilən məhsulları maşına yükləyir və  qeyd edilən vaxta uyğun müştərinin ünvanına çatdırır;
  • Digər müəssisələrdən sifariş olunan məhsulların Cəmiyyətin anbarına çatdırılmasını təmin edir;
  • Müştərilərdən məhsulları geri götürüb, anbara və ya Cəmiyyətin servis xidmətinə təhvil verir;
  • Cəmiyyətin digər anbarlarından lazım olan məhsulların əsas anbara çatdırılmasını təmin edir;
  • Müvafiq sənədlərin qeyd edilmiş ünvanlara çatdırılmasını təmin edir;
  • Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulların çatdırılmasını təmin edir;
  • Məhsulları müştərilərə təhvil verərkən aktların imzalanmasına nəzarət edir və aktları Cəmiyyətin müvafiq işçilərinə təqdim edir;
  •  İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Cəmiyyətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə edir və təhvil verir;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlayır və bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin edir;
  • Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir;
  • Peşəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir:
  • Görüləcək işlərin müəyyən edilmiş müddətdə icra edilməsini təmin etməli:

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Yaş: 21-45
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis bilməli (Rus dili arzuolunandır);
  • B kateqoriyalı sürücülük vəsiqəsi olmalı (sürətlər qutusu mexaniki olan avtomobili idarəetməyi bacarmalıdır);
  • Ezamiyyətlərə açıq olmalı.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap