166 Yükdaşıma və Logistika

Şirkət haqqında:
2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.
Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.
Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.
Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.
166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)
Əlaqə vasitələri:
İnsan Resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Namizədlərlə müsahibələr keçirmək və onları qiymətləndirmək;
- Namizədlərin sürücülük bacarıqlarını və təcrübələrini qaraj rəhbəri ilə yoxlamaq;
- Seçilmiş işçilər üçün işə qəbul sənədlərini hazırlamaq;
- Müqavilələrinin hazırlanması və imzaladılması;
- İşə qəbul edilənlərin şəxsi məlumatlarını və hüquqi sənədlərini yoxlamaq (məsələn, sürücülük vəsiqəsi, tibbi arayış);
- İşçilərin motivasiyası və məmnuniyyətini izləmək;
- Problem yarandıqda onların araşdırılması və hesabat hazırlanması;
- Fəhlə və ya sürücülərin iş performansını izləmək,KPI hesablanması;
- İşə qəbul prosesinin nəticələri haqqında rəhbərliyə hesabat vermək;
- Qarajdan ayrılan fəhlə və ya sürücülər üçün çıxış müsahibələrin qiymətləndirilməsi və hesabatı;
- İşdən ayrılma səbəblərini dəqiq və obyektiv şəkildə öyrənmək;
- Qarajda işçi axınının qarşısını almaq məqsədilə strateji addımlar planlaşdırmaq;
- Mütəmadi olaraq qaraj rəhbərləri və işçilərlə görüşlərin həyata keçirilməsi.
Tələblər:
- Bəy namizədlərə üstünlük verilir;
- Ali təhsil (insan resursları,psixologiya sahəsində olması üstünlükdür);
- Kadr və sənədləşdirmə sahəsində ən azı 2 illik iş təcrübəsi olmalı;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı bilməli;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Fəhlə və ya sürücü heyəti ilə işləyən namizədlərə üstünlük verilir;
- İnsan resurslarına dair hesabatları tərtib etmək səriştəsinə malik olmalı.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Ünvan: Ulduz metrosu