FCB Artgroup

Şirkət haqqında:
Hərtərəfli marketinq həlləri təqdim edən 360 dərəcə reklam agentliyidir. Agentlik, yaradıcı kampaniyalar və rəqəmsal strategiyalardan ənənəvi media və sosial media idarəçiliyinə qədər geniş xidmətlər təqdim edir. Hərtərəfli yanaşma təklif edərək, FCB Artgroup bütün platformalarda vahid brend mesajlarının çatdırılmasını təmin edir və bu, müştərilərin hədəf auditoriyası ilə daha güclü əlaqələr qurmasına kömək edir.
Əlaqə vasitələri:
Ofis meneceri
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Vəzifə öhdəlikləri:
Ofis idarəçiliyi:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və koordinasiyası
- Qonaqların qarşılanması və əlaqədar şəxslərə yönləndirilməsi
- Ofis ləvazimatlarının və təsərrüfat ehtiyaclarının təchizatı və uçotu
- Elektron və fiziki sənədlərin dövriyyəsinin təmin olunması
- Komanda ilə gündəlik iş axınının effektiv şəkildə təşkilinə dəstək
İnsan resursları sahəsi üzrə:
- İşə qəbul proseslərinin təşkili (elanların yerləşdirilməsi, ilkin seçim, müsahibələrin təşkili)
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və idarə edilməsi
- Davamiyyətin və məzuniyyətlərin izlənməsi
- İşçilərlə bağlı daxili sənədlərin (əmrlər, ərizələr və s.) hazırlanması
- Əmək qanunvericiliyinə uyğun HR prosedurlarının yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Yüksək təşkilatçılıq bacarığı və operativlik
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti
- İngilis dili biliyi üstünlükdür
Biz nə təklif edirik?
- Kreativ və peşəkar kollektivdə çalışma imkanı
- Karyera inkişafı üçün perspektivli mühit
- Rahat və müasir ofis şəraiti
- Maraqlı və dinamik layihələrdə iştirak imkanı
- Əmək münasibətlərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilməsi