Avto Motor Servis

Şirkət haqqında:
Biz, “Avto Motor Servis” olaraq, yalnızca sizin ehtiyaclarınıza uyğun olan yüksək keyfiyyətli sürtkü materialları təmin etmirik, biz həmçinin yağ monitorinqi, yağ saxlama həlləri, yoxlamalar və təlimlər kimi sürtkü yağları ilə bağlı geniş çeşiddə xidmətlər təklif edirik. Bizim şirkət “ExxonMobil” korporasiyasının rəsmi distribüteridir və Mobil sürtkü materiallarının Azərbaycanda və Qafqazda aparıcı təchizatçısıdır.
Əlaqə vasitələri:
Logistika və İnzibati Koordinator
Vəzifə öhdəlikləri:
- Xarici tədarükçülərdən yüklərin çatdırılması üçün nəqliyyat vasitələrinin ayrılmasını təşkil etmək
- Göndəriş sənədlərinin yoxlanılması, uyğunsuzluqların düzəldilməsi
- Sığorta işlərinin təşkili və sığorta şirkətləri ilə yazışma
- Satış sənədlərinin (qiymət protokolu, təhvil-təslim aktı, qaimə) düzgünlüyünə nəzarət
- İdarə heyətinə sənədləşmə və hesabatlarda dəstək
- HR proseslərində (vakansiya yerləşdirilməsi, CV toplama) iştirak
- Arxivləşdirmə və sənəd dövriyyəsinə nəzarət
- Nəqliyyat xərcləri üzrə hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil (arzuolunandır)
- Logistika və nəqliyyat üzrə təcrübə (üstünlükdür)
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dili orta səviyyə
- MS Office proqramlarında yaxşı biliklər
- Kompüter və ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- ChatGPT və oxşar süni intellekt alətləri ilə işləmə təcrübəsi (üstünlükdür)
- Məsuliyyətlilik, təşkilatçılıq bacarığı, diqqətlilik
- Incoterms, gömrük sənədləşməsi, sığorta prosedurları barədə biliklər üstünlükdür
- Xanım namizədlərə üstünlük verilir
İş şəraiti:
- Əmək haqqı: 800 – 1200 AZN (müsahibə nəticəsinə əsasən)
- 5,5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə tam iş günü, Şənbə – qısa iş günü
- İş vaxtı: 09:00 – 18:00 (Şənbə: 09:00 – 14:00)
- Rəsmi əmək müqaviləsi