Santral

Şirkət haqqında:
Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir.
On il əvvəl yaradılan “Santral Elektrik” LTD şirkəti belə uğurlu iqtisadi siyasətdən bəhrələnərək müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir.
Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssislər şirkətin işinə cəlb edilir. Fəaliyyətinə çox da böyük olmayan satış nöqtəsində başlayan “Santral Elektrik” LTD-nin bu gün Bakı şəhərində üç müasir satış mərkəzi mövcuddur. İki il əvvəl istifadəyə verilmiş üç mərtəbəli əsas satış mərkəzi 6000 m2-dən artıq sahədə yerləşir.
Əlaqə vasitələri:
Brend üzü və Kontent Mütəxəssisi
Santral komandasına - Bizim məhsullarımızı sevdirəcək, kamerada özünü sərbəst hiss edən, izləyicilərlə ünsiyyəti bacaran və yaradıcı kontent hazırlamaqda istedadlı davamlı və enerjili namizəd axtarırıq!
Sən həm brendimizin üzü olacaqsan, həm də sosial mediada, videolarda və saytda məhsullarımızı təqdim edəcəksən.
Namizədə olan tələblər:
- Təhsili: Ali təhsil
- İş təcrübəsi: minimum 1-2 il
- Dillər: Azərbaycan dili (rus dili üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Məhsulu təqdim edən videolar — kamerada çıxış edərək məhsulu izah etmək, göstərmək və izləyicilərə çatdırmaq (üzün və səsin görünməsi ilə).
- Məhsulun vizual videoları — yalnız məhsulun estetik çəkilişlərini etmək (üz göstərmədən), detalları ön plana çıxarmaq.
- Canlı yayımlar — məhsulları tanıtmaq, izləyicilərin suallarını cavablandırmaq (üz göstərmək tələb olunmur).
- Video və foto montajı aparmaq, sosial mediada paylaşılacaq materiallar hazırlamaq.
- Şirkətin saytına məhsul şəkilləri və məlumat əlavə etmək, kontent yeniləmək.
- Sosial şəbəkələrdə baxış və satışların artmasına töhfə verəcək yaradıcılı ideyalar təklif etmək və həyata keçirmək.
Bizim üçün vacibdir:
- Kamerada sərbəst danışıq və təqdimat bacarığı.
- Yaradıcılıq və təqdimat sahəsində istək və həvəs.
- Yüksək ünsiyyət bacarığı və müştərilərlə səmimi dialoq qurmaq.
- Kreativ düşüncə və detallara diqqət.
- Xarizmatik görünüş və pozitiv enerji.
- Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
- Əlavə bacarıqlar üstünlükdür: Saytın kontent yenilənməsi, foto sayta əlavə etmə, Video montaj proqramlarında işləmə bacarığı (CapCut, InShot və s.).
İş şərtlərimiz:
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin edilir.
- Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
- Əmək haqqı: 700 azn + nəticəyə görə bonus imkanı.