Sea Breeze Resort & Residences

Şirkət haqqında:
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və qayıq limanları, fitness zalları, SPA və Anti-Aging Mərkəzi, tennis kortu, futbol meydançası, xilasetmə və tibbi xidmətlər, uşaq şəhərciyi, gecə-gündüz konsiyerj xidməti və daha çox şey. Bütün bunlar Bakının mərkəzindən arabayla 30 dəqiqəlik məsafədədir!
Əlaqə vasitələri:
Tikinti Xərcləri üzrə Baş Nəzarətçi /Menecer
Hesabat verir: Maliyyə direktoru
Vəzifənin məqsədi:
Tikinti layihələrinin bütün mərhələlərində xərclərin planlaşdırılması, izlənməsi və nəzarətinin təmin edilməsi, büdcə və faktiki xərclər arasındakı fərqlərin təhlili, resurslardan səmərəli istifadə və maliyyə intizamının qorunması.
Vəzifə öhdəlikləri:
- Büdcələrin ehtimal dəyərlərinin hazırlanması;
- Layihə büdcələrinə nəzarət etmək və xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
- Layihə qiymətlərinin və büdcənin təhlili;
- Maliyyə dəyərləndirilməsinin aparılması və düzgün formada aidiyyatı üzrə təqdim olunması;
- Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
- Tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması, müqayisə cədvəllərinin hazırlanması və yaranmış fərqlərin araşdırılması;
- Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili;
- İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
- İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
- Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatların yoxlanılması;
- Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Layihələrin maliyyə axınlarının hazırlanması və təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.
Namizədə olan tələblər:
- Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Mülki tikinti sahəsində oxşar vəzifədə azı 5 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilləri – səlis; İngilis dili – yaxşı;
- Kompyuter bacarıqları: MS Office proqramları, AutoCAD (oxumağı və işləməyi bacarmalıdır);
- Detal yönümlü və yüksək analitik bacarıqlar;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq və dəqiqlik.
Bizim təminatımız:
- İş yeri: Sea Breeze Resort, Bakı, Nardaran qəsəbəsi;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibədə təyin olunacaq;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.