Azerbaijan British College

Şirkət haqqında:
2012-ci ildə yaradılmasına baxmayaraq, ABC Bakıdakı böyük və ən məşhur özəl məktəblərdən birinə çevrilmişdir. Biz hesab edirik ki, bunun böyük bir hissəsi bizim verdiyimiz keyfiyyətli təhsilin nəticəsi, həm də şagirdlərimiz bizimlə birlikdə xoşbəxt və həyatlarından zövq aldıqları üçündür.
Siz övladlarınızın hansı məktəbə göndərməyi seçərkən valideyn kimi uşaqlarınız üçün ən mühüm qərarlardan birini qəbul edirsiniz, çünki məktəbin keyfiyyəti onların gələcəyinə böyük təsir edir. Ona görə də biz şagirdlərimizin həyata ən yaxşı şəkildə başlaması, araşdırması, əldə etməsi və inkişafını ortaya qoyması üçün bir mühit yaratdığımızdan əmin olmanıza qərarlıyıq.Biz fəxr edirik ki, güclü hisslərin aşılanmasında fəaliyyət göstəririk; əzmkarlıq, hörmət, iştirak, şəfqət, düzgünlük və peşəkarlıq. Biz çalışırıq ki, tələbələrimiz həyati bacarıqlara yiyələnsinlər. Tələbələrimizin çoxunun azərbaycanlı olmasına baxmayaraq, aralarında 25 müxtəlif millətin təmsil olunması onların hər şeyi həm zəngin öyrənməsi və fərqli mövqelərdən görmələri üçün fürsət yaradan geniş bir mədəni müxtəliflik yaradır. Müəllimlərimizin də həmçinin bütün qitələri əhatə edən 25 ölkədən gəlməklə tələbələrimizin həyati inkişafını dəstəkləyir və həyatın başqa sahələrini əhatə edirlər.
Əlaqə vasitələri:
Mühafizəçi
Əsas vəzifə funksiyaları:
- Kompleksin daxili mühafizəsini və daxili nəzarəti təmin edilməsi;
- Kompleksin buraxılış və kompleks daxili rejimlərin təmin edilməsi;
- Kompleksdə, əsasən də tənəffüs zamanı təhlükəsizlik və nizam-intizamın tam təmin olunması;
- Kompleks daxilində keçirilən tədbirlərdə iştirak edən bütün şəxslərin təhlükəsizliyinin təmin edilməsi;
- Şagirdlərin valideynlərdən təhvil alınması və valideynlərə təhvil verilməsi;
- Kompleks, müəllimlər və valideynlər arasında kommunikasiya təmin olunması və məlumatların düzgün formada ötürülməsi;
- Kompleks daxilində işçilərin, şagirdlərin, tərbiyə alanların və bütün avadanlıqların təhlükəsizliyinin təmin edilməsi.
Tələblər:
- Bu sahə üzrə minimum 1 il təcrübə;
- İngilis və rus dillərində sərbəst danışmalı;
- “Məktəblinin dostu” pilot layihəsində iştirak edənlərə üstünlük verilir;