Kristal
Şirkət haqqında:
2003-cü ildən “Kristal” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Kadrlar üzrə mütəxəssis
Tələblər:
- Bəy namizədlərə üstünlük veriləcəkdir;
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini üzrə biliklər;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
- Kompüter bacarıqları (MS Office proqramları);
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl bilməli, rus dili və ingilis dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İşçilər barədə məlumatların məlumat bazasına işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- İnsan resursları departamentinə fəaliyyəti ilə bağlı vaxtaşırı hesabatların hazırlanıb təqdim edilməsi;
- İşçilərin davamiyyətinin yoxlanılması və nəzarətdə saxlanılması;
- İşə qəbul, işdən azad olma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsinin və daxili proqramda işlənilməsinin təmin edilməsi;
- Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi;
- Usta və fəhlə heyəti üzrə işçi axtarışlarının həyata keçirilməsi, elanların tərtib edilib paylaşılması, fəhlə heyəti bazasının idarə edilməsi;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki (Şənbə yarım iş günü);
- İş yeri: Bakı şəhəri, Bakmil mts çıxışı;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kadrlar mütəxəssis” yazmaqla qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.