Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Şirkət haqqında:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.
MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.
MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mütəxəssis (Full-Time)
Tələblər:
- Ali texniki və ya mühəndislik təhsili (Əməyin mühafizəsi, ekologiya və s. sahələr üzrə üstünlükdür)
- İngilis dili üzrə yaxşı səviyyədə bilik
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
- İlkin tibbi yardım, əmək mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sertifikatlar
- NEBOSH, IOSH və ya OSHA beynəlxalq sertifikatlarına sahib olanlara üstünlük veriləcək.
- Əmək Məcəlləsi və aidiyyəti normativ-hüquqi aktlar üzrə biliklər
- Təhlükəsizlik qaydalarının hazırlanması və təqdim olunması bacarığı
- Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
Öhdəliklər:
- Əmək mühafizəsi və təhlükəsizlik siyasətinin hazırlanması və icrasına nəzarət etmək.
- Heyət üçün təhlükəsizlik təlimatları hazırlamaq və təlimlər keçirmək.
- Yanğın, zəlzələ və digər fövqəladə hallar üçün təxliyə planlarını işləmək və yeniləmək
- Elektrik, qaz, istilik sistemlərinin təhlükəsizlik vəziyyətinə dair nəzarət tədbirlərini təşkil etmək.
- Sinif otaqları, laboratoriyalar, idman zalları və digər iş yerlərində təhlükəsizlik yoxlamaları aparmaq.
- İş prosesində baş verən xəsarət və qəzaların qeydiyyatını aparmaq və araşdırmaq.
- Əmək mühafizəsi ilə bağlı texniki vasitələrin (yanğınsöndürən, siqnalizasiya sistemi, ilk yardım ləvazimatı) işlək vəziyyətdə olmasına nəzarət etmək.
- İşçi heyətin tibbi müayinədən keçməsinə nəzarət etmək.
- Təhlükəsizliklə bağlı dövlət orqanlarının yoxlamalarına məktəb adından iştirak etmək.
- Uşaq təhlükəsizliyi üçün valideynlərə maarifləndirici tədbirlər təşkil etmək.
Biz təklif edirik:
- 1718 AZN gross əmək haqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı