iMotors

Şirkət haqqında:
Azərbaycan avtomobil bazarında innovativ və ətraf mühiti qorumağa yönəlmiş global brendləri təmsil etməklə, müştərilərə daim yüksək səviyyəli xidmət göstərmək İMOTORS şirkətinin əsas prinsiplərindədir. İstehsalçı zəmanəti daxil olmaqla təmsil etdiyimiz brendlərin satışı ilə bərabər satış sonrası xidməti də təşkil olunur.
Avtomobillərlə bərabər İMOTORS şirkəti elektrik avtomobilləri üçün şarj cihazlarının da satışını və satış sonrası xidmətini həyata keçirir. Eyni zamanda bu tip avtomobillər üçün infrastrukturun yaradılmasına dəstək olaraq şarj stansiyalarının müştəlif məkanlarda yerləşdirilməsi də İMOTORS-un xidmətlərinə daxildir.
Əsas məqsadimiz müştərilərə ən uyğun seçimdə yardımçı olmaq və ən düzgün məlumatları çatdırmaqdır. Yüksək kvalifikasiyalı əməkdaşlarımız bu mövzuda müştərilərə daim dəstək olmağa hazırdırlar.
Gələcək nəsil üçün təmiz ətraf mühitin qorunub saxlanılması İMOTORS-un təməl prinsiplərindəndir.
Əlaqə vasitələri:
Servis məsləhətçisi
Namizədə olan tələblər:
- Rəsmi servis təcrübəsi;
- Avtomobil haqda texniki biliklər;
- Azərbaycan dili səlis (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- MS Office (Excel, Word, Outlook və s.) proqram təminatlarını yaxşı səviyyədə bilmək;
- Sürücülük vəsiqəsi və təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə telefon danışıqlarının aparılması;
- Maşınların prosedura uyğun qəbulu;
- Problemin ətraflı izahı;
- Maşının ustaya təhvil verilməsi;
- Hazır işin təhvil alınması və yoxlanılması;
- Korporativ müştərilə email ilə məlumatların və hesabatların göndərilməsi;
- Verilən tapşırıqların vaxtında və dəqiq icrası;
- Hər bir maşın üçün servis proqramında təmir kartlarının açılması və izlənməsi.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (6 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Nərimanov, Araz küçəsi 44 (Ulduz m/s).