ArchiCO

Şirkət haqqında:
ArchiCO MMC 2009 –cu ildə yaranmışdır. İlkin illərdə layihə-mühəndislik xidmətləri həyata keçirən Şirkətimiz, az sonra tikintilərdə müstəqil texniki nəzarət – inspeksiya xidmətlərini və ümumi tikinti xidmətlərini göstərməyə başladı.
Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 il ərzində özümüzü operativ, yenilikçi və Sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti Şirkətlərindən birinə çevrilmişdir.
Hal hazırda Şirkətimizdə 2 mindən artıq insan çalışır. İşə münasibətimiz, hər zaman novator ideyaların tədbiqi, əməkdaşlarımıza olan münasibət və bu kimi digər faktorlar ArchiCO-nu beynəlxalq Şirkətlərdə təcrübəsi olan mütəxəssislər üçün də cəlbedici etmişdir.
Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir, idarəetmə sistemimizi beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.
Geniş tərkibli inşaat sektorunun istənilən sahəsində böyük təcrübə toplamışıq. Son bir neçə ildə onlarla yaşayış və sənaye binalarının tikintisi və yenidən qurulması işləri, alt yapı layihələri, infrastruktur layihələri işlənmiş və müvəffəqiyyətlə tamamlanmışdır.
Qarşımıza qoyduğumuz hər məqsədə gənc və peşəkar komandamızın səyləri ilə çatmışıq. Gələcək məqsədlərimiz isə dahada böyümək, ölkə hüdudlarını aşaraq inşaat sektorunda bir Azərbaycan brendini dünyaya tanıtmaqdır
Əlaqə vasitələri:
Memar
İş yeri: Bakı
İşin təsviri:
- İnşa olunan obyektlərin kompleks layihələrinin konseptinin işlənib hazırlanmasında iştirak etmək;
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
- Dizayner və digər aidiyyəti şəxslərlə mütəmadi olaraq qarşılıqlı işləmək bacarığı.
- Müvafiq proqram təminatı vasitəsilə inşa olunan obyektin vizual dizayn konsepsiyasını hazırlamaq.
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
- İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.
- Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasını bacarmaq;
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
- Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması;
- Eskiz və işçi layihələrin hazirlanması;
Tələblər:
- Yaş: 28- 55 yaş;
- Memarlıq və dizayn sahəsində ali təhsil.
- Memarlıq sahəsində ən azı 5 il iş təcrübəsi.
- AutoCAD, Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarında yüksək işləmə bacarığı.
- Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
- Layihələndirmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
- Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
- Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
- Punktual və məsuliyyətli olması;
- Komanda ilə işləmək bacarığı;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi qaydalarını bilməlidir;
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
- İş qrafiki: I-V günlər,