Sea Breeze Resort & Residences

Şirkət haqqında:
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və qayıq limanları, fitness zalları, SPA və Anti-Aging Mərkəzi, tennis kortu, futbol meydançası, xilasetmə və tibbi xidmətlər, uşaq şəhərciyi, gecə-gündüz konsiyerj xidməti və daha çox şey. Bütün bunlar Bakının mərkəzindən arabayla 30 dəqiqəlik məsafədədir!
Əlaqə vasitələri:
Baş çilingər
Sea Breeze Resort Golf Car və avtomobillərin təmiri üzrə Baş çilingər vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Çin və Avropa istehsal olan golf-car və avtomobillərinin mühərrikinin əsaslı və cari təmirini yerinə yetirmək, texniki xidmət göstərmək;
- Golf-car və avtomobillərinin konstruksiyalarından ümumi biliyə malik olmaq;
- Xidməti minik avtomobillərinin mühərrikinin əsaslı və cari təmirini yerinə yetirmək;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Orta və ya orta-ixtisas təhsilli (Texniki sahə üzrə)
- İş təcrübəsi: Avtomobil təmiri üzrə çilingər kimi ən azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan (əla)
- Golf-car və avtomobillərin təmiri üzrə təcrübəsi olanlara üstünlük veriləcək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri- Sea Breeze Resort, Nardaran qəsəbəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı – 1200 AZN (nett).