ATS Food

Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
Maliyyə analitiki
Vəzifə öhdəliyi:
- Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
- Məhsulların, satış komandasının və müştərilərin marjinallığının hesablanması və təhlil edilməsi;
- Büdcə satış hesabatlarının hazırlanması, Satış və Marketinq Departamentinin koordinasiya edilməsi;
- Büdcə və faktiki satışların analizi və fərq hesabatlarının hazırlanması;
- Debitor borcların təhlili və yaşlandırma hesabatlarının hazırlanması;
- Aylıq satış mərkəzləri üzrə satış planlarının bölgüsünün həyata keçirilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)
- İş təcrübəsi: Data Analitika, Biznes Analitika, maliyyə analitikası və ya oxşar sahələrdə iş təcrübəsi (xüsusilə FMCG sahəsində)
- Seritikat:
- Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı),
- Digər səriştələr: Mühasibat və ERP proqramları üzrə təcrübəyə malik olmalı. Excel, Word, Outlook (çox yaxşı) və MS Power BI bilməsi arzuolunandır.
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizdəin bilik və bacarığına əsəsən təyin olunur
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis ilə təmin edilmə
- Könüllü tibbi sığorta ilə təmin edilmə
- Telefon danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi