Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Anbardar
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olunan məhsulların dəqiq sayılması və təhlükəsiz boşaldılmasına nəzarət;
- Maşınlara yüklənən məhsulların dəqiq və təhlükəsiz yüklənməsinə nəzarət;
- Təhlükəsizlik qaydalrına riayət etməsi;
- Daxili nizam-intizam qaydalarına riayət etməsi
Namizədə dair tələblər:
- Yalnız bəy namizədlər
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: FMCG sahəsində ən azı 1 il anbardar kimi iş təcrübəsi
- Kompyuter Bacarıqları: Ms Excell və Axatada işləmə bacarığı
- Dil Bilikləri: Azərbaycan dili (ana dili), Rus dili üstünlükdür.
Şərtlər:
- Əmək Haqqı: 900 Azn+ bonus
- İş vaxtı : Həftənin 6 günü (bazar günü istirahət)
- İş yeri : Bakı şəhəri, Sulutəpə qəsəbəsi.
Əlavə məlumatlar:
- Tibbi sığorta
- Təlim və inkişaf imkanları