BMY Caspian MMC

Şirkət haqqında:
BMY Caspian MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs izolyasiyası, yanğınavə qarşı örtüklər, karbon-epoksid gücləndirmə sistemləri və sənaye döşəmələri üzrə ixtisaslaşmaqla yanaşı, kommersiya və infrastruktur layihələrinin tikinti, bərpa və layihələndirməsini də həyata keçirir.
Əlaqə vasitələri:
Kiçik SƏTƏM Mütəxəssisi
İş şəraiti
- İş yeri: Bakı,
- İş qrafiki: Tam ştat, sahə rejimi, həftənin 5 günü, 9:00-18:00
- Əmək haqqı: 750-1000 AZN
Sən tikinti sahəsində təhlükəsizliyin səssiz qəhrəmanı ola bilərsən!
Əgər diqqətlisənsə, qaydalara ciddi yanaşırsansa və hər zaman “öncə təhlükəsizlik” prinsipini rəhbər tutursansa – bu vakansiya sənin üçündür! Dinamik quruculuq layihəmizdə təhlükəsiz iş mühitinin formalaşmasına dəstək olacaq Kiçik SƏTƏM mütəxəssisi axtarırıq.
Vəzifənin məqsədi:
- Tikinti sahəsində işçilərin sağlamlığını və təhlükəsizliyini təmin edən standartlara nəzarət etmək, riskləri minimuma endirmək və əməyin mühafizəsi üzrə prosedurların gündəlik tətbiqinə dəstək olmaq. SƏTƏM üzrə komandanın üzvü kimi layihənin təhlükəsiz və effektiv aparılmasına töhfə vermək.
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekologiya qaydalarına nəzarət
- SƏTƏM üzrə daxili sənədlərin hazırlanması və arxivləşdirilməsi
- Sahə işçilərinə ilkin təlimatların verilməsi və iştirakın sənədləşdirilməsi
- Qəza və ya hadisə hallarında ilkin araşdırma və hesabat hazırlanmasında iştirak
- SƏTƏM üzrə gündəlik yoxlamalarda və müşahidələrdə iştirak
- Layihə rəhbərliyinə mütəmadi hesabatların təqdim edilməsi
Namizədə tələblər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya müvafiq ixtisas üzrə təhsil
- Tikinti və ya sənaye sahəsində minimum 1 il SƏTƏM üzrə təcrübə (staj da nəzərə alına bilər)
- SƏTƏM qanunvericiliyi və standartları barədə ilkin biliklər
- Microsoft Office proqramları ilə işləmək bacarığı
- Komandada işləmə və operativlik bacarığı
Şirkətin təklifləri:
- Layihəyə uyğun stabil əməkhaqqı
- Nəqliyyat və nahar təminatı
- Təhlükəsizlik sahəsində təlim və sertifikat imkanları
- Uzunmüddətli əməkdaşlıq perspektivi