AZBA Audit and Business Services LTD” MMC

Şirkət haqqında:
13.10.2016-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Biz işəgötürən podratçı şirkət olaraq işçilərin rəsmiləşdirilməsini və işçilərə əmək haqqının ödənilməsini təmin edirik. Autstaffinq xidmətlərimiz işçilərin ölkədəki tələblərə uyğun işə götürülməsini və insan resurslarının idarə edilməsini nəzərdə tutur.
Əlaqə vasitələri:
Maliyyə üzrə mütəxəssis
Əsas Vəzifə Öhdəlikləri:
- Maliyyə sənədlərinin işlənməsi və arxivləşdirilməsi;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Debitor və kreditor borclara nəzarət olunması və hesabatların rəhbərliyə təqdim olunması;
- Əmək haqqı, son haqq hesabların hazırlanması və mühasibatlıq proqramına işlənməsi;
- Maliyyə əməliyyatlarının və hesabatların düzgünlüyünü təmin etmək, riskləri müəyyənləşdirmək;
- Xərclərin təyinata uyğunluğunu izləmək;
- Mənfəət və zərər hesabatının hazırlanmasında iştirak;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təqdim edilməsi;
- Maliyyə rəhbərinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Minimum 2 il maliyyə üzrə iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- MS Office (Excel-Əla səviyyə), 1C proqramı üzrə biliklər.
İş Şəraiti
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.